Zərif: Twit Trampa kömək etməyəcək
İran İslam Respublikası xarici işlər naziri deyib: Önəmli rabitə vasitələrindən istifadə diqqət və ağır məsuliyyət tələb edir.
İran xarici işlr naziri Məhəmməd Cavad Zərif İRİB-ə verdiyi müsahibədə ABŞ prezidenti Donald Trampın twitləri haqda deyib: Reallıqları müəyyənləşdirməzdən öncə twit atmaq qərar vermək üçün məntiqi atmosferə kömək etmir.
ABŞ prezidenti ötən bir neçə ayda Əhatəli Müştərək Təşəbbüs Proqramı və İranı tənqid etmək üçün virtual şəbəkələrdən, o cümlədən Twitterdən istifadə edib.
Donald Trampın nüvə anlaşması və nüvə anlaşması ilə razılaşan bəzi amerikalılara Twit hücumu çoxlu tənqidlərə səbəb olub.
ABŞ prezidenti 12 oktyabrda nüvə anlaşması haqda öz qərarını elan etməkdən əlavə, İran əleyhinə, o cümlədən İslam İnqilabı Keşikçilər Korpusu Sepah əleyhinə yeni hərəkətlər həyata keçirmək üçün öz ölkəsinin strategiyasını elan edəcək.