Zərif: Artıq heç kim ABŞ-a etimad etməyəcək
https://azeri.sahartv.ir/news/İran-i285189-zərif_artıq_heç_kim_abŞ_a_etimad_etməyəcək
İran İslam Respublikası xarici işlər naziri bildirib: ABŞ prezidenti Donald Trampın nüvə anlaşması qarşısındakı hərəkətləri artıq heç kimin Birləşmiş Ştatlara etimad etməməsi ilə nəticələnmişdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 15, 2017 06:37 Asia/Baku
  • Zərif: Artıq heç kim ABŞ-a etimad etməyəcək
    Zərif: Artıq heç kim ABŞ-a etimad etməyəcək

İran İslam Respublikası xarici işlər naziri bildirib: ABŞ prezidenti Donald Trampın nüvə anlaşması qarşısındakı hərəkətləri artıq heç kimin Birləşmiş Ştatlara etimad etməməsi ilə nəticələnmişdir.

Məhəmməd Cavad Zərif ABŞ-ın CBS televiziyası ilə müsahibədə Donald Trampın İran və nüvə anlaşması əleyhinə açıqlamasının ABŞ-ın dünyadakı imicinə böyük zərbə vuracağını bildirərək deyib: ABŞ prezidenti öz gözlərini reallıqlara bağlayıb. 

ABŞ prezidenti Donald Tramp cümə gecə İranın nüvə anlaşmasına sadiq qalmasını təsdiqləyən Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin 8 hesabatında diqqət yetirmədən bildirib ki, İran İslam Respublikasının Əhatəli Müştərək Təşəbbüs Proqramına sadiq qalmasını təsdiqləməyəcək. Bu hərəkət həmin beynəlxalq anlaşmanın ləğvi məqsədilə həyata keçirilir.