Okt 18, 2017 09:54 Asia/Baku
  • İran və Fransa XİN başçıları

İran və Fransa xarici işlər nazirləri çərşənbə axşamı ötən bir neçə gündə 2-ci dəfə olaraq telefon əlaqəsi saxlayıb və Əhatəli Müştərək Təşəbbüs Proqramı(ƏMTP) və regional məsələləri müzakirə ediblər.

Fransanın xarici işlər naziri Jan İv Le-Drian 12 oktyabrda iranlı həmkarı Məhəmməd Cavad Zərif ilə olan telefön söhbətində Parisin İran ilə nüvə anlaşmasını(ƏMTP) himayə etdiyini deyərək, bütün tərəflərin bu anlaşmaya sadiq qalmalı olduqlarını vurğulamışdı. 

İran və 5+1 qrupu arasındakı nüvə anlaşması(ƏMTP) 2016-cı ilin yanvarından icra edilməkdədir. Amma, ABŞ bu anlaşmanı imzalayan tərəflərdən biri olaraq, davamlı olaraq öz öhdəliklərindən boyun qaçırdır və nüvə anlaşmasına əməl etmir. 

Teqlər