Zərif: İranın ölkələrlə əməkdaşlığı hamının mənafeyinin təmin edilməsi düşüncəsi əsasındadır
https://azeri.sahartv.ir/news/İran-i285618-zərif_İranın_ölkələrlə_əməkdaşlığı_hamının_mənafeyinin_təmin_edilməsi_düşüncəsi_əsasındadır
İranın xarici işlər naziri deyib: İranın inkişaf etməkdə olan ölkələrlə qarşılıqlı əməkdaşlıqlarının özünə məxsus cəhəti qarşılıqlı mənafeyə hörmət və " hamı üçün mənfəət" baxışından ibarətdir.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Okt 23, 2017 16:15 Asia/Baku
  • Məhəmməd Cavad Zərif
    Məhəmməd Cavad Zərif

İranın xarici işlər naziri deyib: İranın inkişaf etməkdə olan ölkələrlə qarşılıqlı əməkdaşlıqlarının özünə məxsus cəhəti qarşılıqlı mənafeyə hörmət və " hamı üçün mənfəət" baxışından ibarətdir.

Məhəmməd Cavad Zərif bu gün Portoriyada İran və Cənubi Afrika müştərək iqtisadi əməkdaşlıq komissiyasının 13-cü iclasında deyib: Ölkələrin suverinliyi və siyasi müqəddəratı hüququna hörmətdən ibarət olan rəsmən tanınmış beynəlxalq prinsiplərə görə İran ölkələrlə münasibətlərin inkişafında aydın keçmişə malikdir. 

İİR xarici işlər naziri Cənubi Afrikanın İranın sülhməramlı nüvə texnologiyasını əldə etmək və dünya gücləri ilə nüva müzakirələrindəki səylərini yüksək qiymətləndirərək deyib: İki ölkənin müştərək komissiyanın iclaslarını müntəzəm şəkildə keçirməkdəki iradəsi müxtəlif özəl və dövlət sektorları arasında qarşılıqlı əməkdaşlıqlar üçün geniş potensial yaradır.