Zərif: Ölkə xaricindəki iranlılar İran üçün mühüm sərmayədirlər
https://azeri.sahartv.ir/news/İran-i285683-zərif_Ölkə_xaricindəki_iranlılar_İran_üçün_mühüm_sərmayədirlər
İran İslam Respublikasının xarici işlər naziri ölkə xaricindəki iranlıları İran üçün mühüm sərmayə adlandırıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 25, 2017 05:24 Asia/Baku
  • Zərif: Ölkə xaricindəki iranlılar İran üçün mühüm sərmayədirlər
    Zərif: Ölkə xaricindəki iranlılar İran üçün mühüm sərmayədirlər

İran İslam Respublikasının xarici işlər naziri ölkə xaricindəki iranlıları İran üçün mühüm sərmayə adlandırıb.

Məhəmməd Cavad Zərif dünən gecə Uqandada yaşayan bir qrup iranlının qarşısında vurğulayıb: Ölkə xaricindəki iranlılar İran mədəniyyəti üçün yaxşı təqdimatçı, eləcə də mədəniyyət və sivilizasiyalar arasında əlaqə üçün bir körpü ola biliblər.

İran İslam Respublikasının xarici işlər naziri dünən gecə Cənubi Afrikanın paytaxtı Pretoriyadan Uqandanın paytaxtı Kampalaya daxil olub.

Zərif Uqandada olacağı müddətdə İran-Uqanda ticarət assambleyasının açılışında iştirak edərək, bu ölkənin xarici işlər naziri, eləcə də prezidenti- Yoverti Museveni ilə görüşlər də keçirməlidir.