Okt 27, 2017 11:17 Asia/Baku
  • İran-Niger biznes forumu açılıb
    İran-Niger biznes forumu açılıb

İran-Niger biznes forumu iki ölkənin xarici işlər nazirlərinin iştirakı ilə dünən gecə Nigerin paytaxtı Niameydə açılıb.

İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu forumun açılış mərasimində vurğulayıb ki, İran Niger ilə əlaqələr üçün heç bir hədd qoymur. O, deyib: İki ölkənin siyasi iradəsi bütün sahələrdə, xüsusən ticarət sahəsində əlaqələrin genişlənməsinə yönəlib.

Nigerin xarici işlər naziri İbrahim Yakub da İran-Niger biznes forumunun açılış mərasimində bildirib ki, iki ölkə qırx ildən çoxdur, bir-biri ilə diplomatik əlaqələrə malikdir. İranın yüksək səviyyəli iqtisadi heyətinin Nigerdə iştirakı iki ölkə əlaqələrinin genişlənməsinin nişanəsidir.

Zərif İran-Niger biznes forumunda iştirakdan öncə Nigerin prezidenti Məhəmmədou İssoufou və baş naziri Brigi Rafini ilə ayrı-ayrılıqda görüşüb.

İranın xarici işlər naziri dünən axşam Niameyə daxil olub.

Zərif Nigerdən öncə Uqandaya və Cənubi Afrikaya səfər edərək, bu ölkələrin rəsmilərilə görüşüb.

Teqlər