Amano: Nüvə anlaşmasının hamı tərəfindən icrası önəmlidir
https://azeri.sahartv.ir/news/İran-i285872-amano_nüvə_anlaşmasının_hamı_tərəfindən_icrası_önəmlidir
Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 29, 2017 13:42 Asia/Baku
  • Amano: Nüvə anlaşmasının hamı tərəfindən icrası önəmlidir
    Amano: Nüvə anlaşmasının hamı tərəfindən icrası önəmlidir

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif ilə görüşüb.

Yukiya Amano bu gün bu görüşdə vurğulayıb: Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin nöqteyi-nəzərincə, nüvə anlaşmasının  hamı tərəfindən icrası önəmlidir.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru əlavə edib: İran nüvə anlaşmasındakı öhdəliklərinə əməl edib və İranın xarici işlər naziri ilə görüşdə bütün tərəflərin bu anlaşmaya sədaqəti zərurəti vurğulanıb.

Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin baş direktoru dünən gecə Tehrana daxil olub.

Atom Enerjisi üzrə Beynəlxalq Agentlik nüvə anlaşmasının 2016-cı ilin yanvarından icra olunmasından bəri səkkiz hesabat yayaraq, İranın bu anlaşmaya tam sədaqətini təsdiq edibdir.