Zərif: EKO ölkələri ifratçılıqla mübarizə üçün bir-birilərilə həmkarlıq etməlidirlər
https://azeri.sahartv.ir/news/İran-i286248-zərif_eko_ölkələri_ifratçılıqla_mübarizə_üçün_bir_birilərilə_həmkarlıq_etməlidirlər
İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, ifratçılığın kökü mədəniyyətsizlikdədir. O, ifratçılıqla mübarizə üçün EKO ölkələrinin bir-birilərilə həmkarlıq etmələrini vurğulayıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 08, 2017 07:20 Asia/Baku
  • Zərif: EKO ölkələri ifratçılıqla mübarizə üçün bir-birilərilə həmkarlıq etməlidirlər

İran İslam Respublikasının xarici işlər naziri bildirib ki, ifratçılığın kökü mədəniyyətsizlikdədir. O, ifratçılıqla mübarizə üçün EKO ölkələrinin bir-birilərilə həmkarlıq etmələrini vurğulayıb.

Məhəmməd Cavad Zərif dünən gecə Tehranda “EKO” mədəniyyət müəssisəsindən baxış keçirmənin kənarında belə qeyd edib: Yaxın Şərq regionu bir çox təhlükələr, o sıradan əsas kökü mədəniyyətsizlikdə olan ekstremizmlə üz-üzədir.

İran İslam Respublikasının xarici işlər naziri həmçinin “EKO” mədəniyyət müəssisəsinin sədri Məhəmməd Mehdi Məzaheriyə və bu müəssisənin işçilərinə təşəkkür edərək, deyib: Regionda mövcud olan bütün beynəlxalq təşkilatlar arasında “EKO” müəssisəsi maksimum mədəniyyət həmrəyliyinə malikdir.

Zərif deyib: Dərin tarixi, mədəni və dini bağlılıqlar region ölkələrini bir-birilərinə yaxınlaşdırıbdır.

“EKO” mədəniyyət müəssisəsi beynəlxalq bir təşkilat olaraq, EKO-ya üzv ölkələrlə həmkarlıqdan əlavə, digər ölkələrlə də mədəniyyət, incəsənət, ədəbiyyat, elm və tədqiqat sahələrində anlaşmanı öz gündəminə daxil edibdir.

İran, Türkiyə, Pakistan, Əfqanıstan, Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Azərbaycan Respublikası EKO iqtisadi əməkdaşlıq təşkilatına üzv on ölkədir.