İran xarici işlər naziri Özbəkistana getdi
Noy 09, 2017 15:49 Asia/Baku
İran İslam Respublikası xarici işlər naziri Özbəkistan rəsmilərinin rəsmi dəvəti və Mərkəzi Asiyada Davamlı Təhlükəsizlik və İnkişaf Konfransında iştirak etmək məqsədilə Özbəkistan paytaxtı Düşənbəyə səfər edib.
İRİB-in məlumatına görə, Məhəmməd Cavad Zərif Özbəkistanın Səmərqənd şəhərində bu ölkə rəsmiləri ilə görüşdən əlavə, cümə günü Mərkəzi Asiyada Davamlı Təhlükəsizlik və İnkişaf Konfransında iştirak edəcək.
Bu konfransda beynəlxalq və regional rəsmilər və tanınmış şəxsiyyətlər iştirak edəcək.
İran xarici işlər naziri çərşənbə günü Tacikistana səfərində bu ölkə prezidenti İmaməli Rəhman, xarici işlər naziri Siracəddin Aslovla görüşüb və ikitərəfli əlaqələrin inkişafı yolları və regional və beynəlxalq məsələlər haqda danışıqlar aparıb.