Noy 10, 2017 19:05 Asia/Baku
  • Zərif və Moqerini Səmərqənddə məşvərət ediblər

İran İslam Respublikasının xarici işlər naziri və Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Mərkəzi Asiyada təhlükəsizlik və davamlı inkişaf" adlı konfransın kənarında görüşüblər.

Məhəmməd Cavad Zərif və Federika Moqerini bu gün bu görüşdə İranın nüvə anlaşması və tərəfləri maraqlandıran məsələlər barədə məşvərət ediblər.

Avropa Birliyinin xarici siyasət üzrə məsul şəxsi iki gün bundan öncə Amerikada bu ölkənin rəsmilərilə görüşdən sonra nüvə anlaşmasının qorunmasına təkid etmişdi.

Moqerini həmçinin nüvə anlaşması barədə yeni müzakirələri mümkünsüz adlandırmışdı.

İran İslam Respublikasının xarici işlər naziri Özbəkistanın Səmərqənd şəhərində keçirilən "Mərkəzi Asiyada təhlükəsizlik və davamlı inkişaf" adlı konfransda iştirak etmək üçün dünən bu şəhərə daxil olubdur.

Məhəmməd Cavad Zərif bu gün bu beynəlxalq konfransdakı çıxışında İranın strategiyasını regionda sülh, sabitlik və asayiş istiqamətində səy və həmkarlıqların genişləndirilməsi və gücləndirilməsi adlandırıbdır.

İran İslam Respublikasının xarici işlər naziri həmçinin bu konfransın kənarında Özbəkistan prezidenti Şavkat Mirziyoyev ilə görüşüb və onunla ikitərəfli əlaqələrin xüsusilə iqtisadi və elmi sahələrdə genişləndirilməsi yolları barədə danışıb. 

Teqlər