Zərifin BMT baş katibinə məktubu: Yəməndə vəziyyət ağırdır
İran İslam Respublikasının xarici işlər naziri bazar ertəsi günü axşam BMT-nin baş katibi Antonio Quterreşə ünvanladığı məktubda Ərəbistanın hərtərəfli hücumları və mühasirədə saxlanılması nəticəsində Yəməndə vəziyyətin son dərəcə ağır və nigaranedici olduğunu bildirib.
İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif deyib: Ərəbistanın Yəmənə qarşı 30 aydan çoxdur ki, davam edən hücumları qadın və uşaqlar başda olmaqla minlərlə günahsız insanın ölməsi və xəstəxanalar, məktəblər, yollar, körpülər, qida sənayesi, elektrik stansiyalarıvə digər bütün sivil infrastrukturların məhv edilməsinə səbəb olub ki, bu da yəmənlilərin ən ilkin ehtiyaclarını belə təmin etməkdən aciz qalmasına gətirib çıxardıb.
İran İslam Respublikasının xarici işlər naziri Yəməndə yaşanan faciəli durumun, bu ölkəyə qarşı mühasirəinin Ərəbistan tərəfindən artırılması nəticəsində daha da ağırlaşmaqda olduğunu bildirərək, dünya ictimaiyyətindən Yəmən böhranına təsirli və qətiyyətli şəkildə müdaxilə etməsini və axmaqcasına olan bu müharibəyə dur deməsini istəyib.
Zərif əlavə edib: İran İslam Respublikası davamlı olaraq Yəmən böhranı üçün sadəcə siyasi həll yolunun var olduğunu vurğulayaraq, bütün yəmənli qruplar və siyasi partiyaların iştirakı ilə, kənar ölkələrin Yəmənin daxili işlərinə müdaxiləsi olmadan, milli birlik hökumətinin yaradılmasını ən uyğun seçim hesab edir.
Ərəbistanın Yəmənə olan təcavüzləri indiyə kimi 13 mindən çox yəmənlinin ölməsi, on minlərlə insanın yaralanması və milyonlarla insanın didərgin düşməsinə səbəb olub. Həmçinin, ölkə tam şəkildə xarabalığa çevrilib.