Zərif: Hər bir ölkənin təhlükəsizliyi və inkişafının zəmanəti vətəndaşlarıdır
İran xarici işlər naziri hər bir ölkənin təhlükəsizliyi və inkişafına zəmanəti o ölkənin xalqı adlandırıb.
İRİB-in məlumatına görə, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif cümə axşamı günü İtaliyada yaşayan iranlıların toplantısında İran xalqının ölkənin bütün sektorlarında iştirakı və müqavimətinə toxunub və deyib: Ölkədən kənarda iranlılar İran İslam İnqilabı və quruluşun önəmli bir parçasıdırlar.
Zərif əlavə edib: Regionun bütün ölkələri, qanuni şəkildə öz təhlükəsizlik, inkişafını kənardan alırlar. Lakin İran bunların hamısını daxildən alır və özünə bağlıdır.
İran xarici işlər naziri bildirib: İranın inkişafı və təhülkəsizliyi əcnəbilər və düşmənlərin istəyinin əksinədir. Çünki onlar bacardıqlarının hamısını etdilər. Lakin hərəkətləri nəticə vermədi. Çünki xalqımız müxtəlif səhnələrdən iştirak edib və müqavimət göstərib.
İran xarici işlər naziri Aralıd dənizi 3-cü Beynəlxalq Dialoq Konfransında iştirak və çıxış etmək üçün İtaliya xarici işlər naziri Angelino Alfanonun rəsmi dəvəti ilə cümə axşamı günü paytaxt Romaya daxil olub.