Dek 17, 2017 10:05 Asia/Baku
  • Zərif: İran ABŞ-dan BMT-yə şikayət edəcək
    Zərif: İran ABŞ-dan BMT-yə şikayət edəcək

İran xarici işlər naziri bildirib: İran İslam Respublikası ABŞ-ın BMT-dəki səfiri Niki Heilinin İranın Yəmən Ənsarullahı hərəkatına silahlar təhvil verməsi haqda iddiası ilə əlaqədar Birləşmiş Millətlər Təşkilatına şikayət edəcək.

İRNA-nın məlumatına görə, Məhəmməd Cavad Zərif Sputnik İnformasiya Agentliyinə ünvanladığı elektron-məktubda yazıb: İran İslam Respublikası ABŞ tərəfindən irəli sürülən iddiadan BMT-yə şikayət edəcək. 

Niki Heili cümə axşamı günü İran raketlərinin qalığı olduğunu iddia etdiyi dəmir parçalarının qarşısına keçərək İran əleyhinə yeni təbliğat şousu yaradıb. 

Heili Yəmənin məzlum vətəndaşlarını bombardman etmək üçün ABŞ-ın Ərəbistana əvəzsiz silah yardımına toxunmadan İranı Ər-Riyadı raketlə vurmaq üçün Yəmən Ənsarullahını təchiz etməkdə suçlayıb. 

BMT sözçüsünün müavini Fərhan Haqq Heilinin bu iddiasını rədd edib. 

Səudiyyə Ərəbistanı ABŞ-ın dəstəyi ilə 2015-ci il mart ayından Yəmənə təcavüz edir. Bu ölkəni hava, quru və dənizdən mühasirəyə də almışdır. Ərəbistan və müttəfiqlərinin Yəməndəki müharibəsi on minlərlə nəfərin həlak olması və yaralanması, milyonlarla yəmənlinin didərgin düşməsi ilə nəticələnmişdir. 

Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya həmişə iddia edir ki, İran Yəmənin xalq qüvvələrinə silah və raket verir və bu işlə Yəmən böhranının "həll yolunda" əngəllər törədirlər. 

Amma Yəmən rəsmiləri dəfələrlə bildiriblər ki, bu ölkə ordusunun müdafiə qüdrəti tamamilə yerlidir və səudiyyə rejiminin Yəməni hərtərəfli mühasirəyə almasına baxmayaraq gün-gündən güclənməkdədir. 

Öz əlaltılarını Yəmənin iqtidarına gətirməyi düşünən Səudiyyə Ərəbistanı və ABŞ indiyə qədər Yəmən xalqının müqavimətini qıra bilməmişlər. 

Teqlər