Təbriz və Ankara şəhər problemlərinin qaydaya salınması sahəsində həmkarlıq edəcəklər
İranın Təbriz və Türkiyənin Ankara meriyaları yaşıllıq, yol hərəkəti və şəhər kənarlarında icazəsiz məskunlaşma kimi şəhər problemlərinin qaydaya salınması sahəsində həmkarlıq edəcəklər.
Türkiyəyə səfər etmiş Təbriz meri İrəc Şəhin Bahər Ankara meri Mustafa Tuna ilə görüşdə din və dil ortaqlıqlarına, həmçinin hər iki şəhərin nisbətən oxşar iqlim və mədəni şəraitinə toxunaraq, müxtəlif sahələrdə əlaqələrin artırılmasını vurğulayıb.
Şəhin Bahər əlavə edib: Yaşıllıq, yol hərəkəti, şəhər kənarlarında icazəsiz məskunlaşmanın aradan qaldırılması, insan mənbələri, abadlıq və şəhərsalma sahələrində iki tərəfin təcrübələrindən bəhrələnmək üçün müştərək iclasların keçirilməsi olduqca faydalı olacaq.
Mustafa Tuna da bu görüşdə Təbriz şəhərini Asiyanın qərbi və İranın ən tarixi şəhərlərindən biri adlandırıb və özünün İranın bu şimal-qərb şəhərində olmaq arzusunu ifadə edib.
Bu görüşün kənarında Təbriz meri və onu müşayiət edən nümayəndə heyəti Ankara bələdiyyəsi tərəfindən görülmüş tədbirlər, şəhər bərpası və investisiya layilərini nəzərdən keçirib və şəhər layihələrində iştirak üçün bacarıqlı türkiyəli şirkətlərlə müzakirə ediblər.