Zərif Qərbin insan haqları sahəsindəki ikili meyarlarını tənqid edib
İranın xarici işlər naziri Qərbin silah satışı və insan haqları sahəsindəki ikili meyarlarını tənqid edib.
İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bu gün Münhen təhlükəsizlik konfransının kənarında müxbirlər ilə sual-cavab mətbuat konfransında Fransanın İrana qarşı raket sanksiyaları barədəki təhdidinə reaksiyada deyib: İrana qarşı səkkizillik müharibədə Fransa qırıcıları, Almaniya kimyəvi silahları, ingilis tankları və Amerika “Avaks”ları ilə iraqlı qüvvələr formasında İrana hücum edilərkən heç bir ölkə İrana ən kiçik müdafiə vasitəsi belə vermədi.
Zərif həmçinin Qərb silahlarının iri həcmdə region ölkələrinə satışını tənqid edib. O, deyib: Heç bir ölkənin İrana hətta bir hərbi reaktiv təyyarə satmadığı bir halda, İran İslam Respublikası özünü necə müdafiə etməlidir?
BMT Təhlükəsizlik Şurasının 2231 saylı qətnaməsinə işarə edən İranın xarici işlər naziri söyləyib: Bu qətnamə nüvə silahı daşımaq üçün konstruksiya edilmiş raketlərlə bağlıdır və bu əsasda İran İslam Respublikası heç bir vəchlə nüvə silahına malik deyildir.