Ruhani: İran valiləri və icra hakimləri tam hazır vəziyyətə gəlsinlər
İran prezidenti birinci vitse-prezident Eshaq Cahangirinin hesabatını dinlədikdən və ölkənin şimalında selin baş verdiyi məntəqlər barədəki son hesabatları əldə etdikdən sonra bu məntəqələrin əhalisinin problemlərini azaltmaq üçün lazımi göstərişlər veribdir.
Həsən Ruhani birinci vitse-prezidentin selin baş verdiyi Qolestan və Mazandaran vilayətlərindən geri dönməsindən dərhal sonra Cahangiridən istəyibdir ki, xəsarətlərin əvəzinin çıxılması istiqamətində yekun hesablamaları apararaq, nazirlər kabinetinin çərşənbə günü keçiriləcək ilk iclasında qəbul olunmaq üçün təqdim etsin.
Ruhani həmçinin İranın bütün valiləri, icra hakimləri və məsul şəxslərinə tapşırıbdır ki, novruz tətillərinin sonunadək xidmət etdikləri məkanlarda ardıcıl iştirakla, tam hazır vəziyyətdə olsunlar. Həmçinin digər əlaqədar orqanlarla əlaqə və koordinasiya yaradaraq, selin ehtimal üzrə baş verməsindən irəli gələn problemlərin idarə olunması üzrə bütün lazımi hazırlıqları nəzərdə tutsunlar.
Son günlər İranın şimalında, xüsusən Mazandaran və Qolestan vilayətlərində güclü leysan yağışlarına görə, bu iki vilayətin şəhər və kənd sakinləri sel və daşqın problemləri ilə üzləşərək, xəsarətlərə düçar olublar.