İran prezidenti sel məntəqələrinə baş çəkdi
İran İslam Respublikası prezidenti Gülüstan və Mazandaran vilayətlərinə səfər edərək, seldən zərər çəkmiş məntəqələrə baxış keçirdi.
İran prezidenti Həsən Ruhani Gülüstan və Mazandaran vilayətlərində seldən zərər çəkmiş məntəqələrin əhalisi ilə görüşüb, söhbət edib. Seldən zərər çəkənlərin müvəqqəti məskunlaşdırılması prosesi ilə yaxından tanış olan prezident yardımların çatdırılması prosesi ilə də tanış olub.
Prezident Həsən Ruhani daha sonra seldən zərər çəkənlərin problemləri ilə tanış olduqdan sonra xalqa daha artıq xidmətin göstərilməsinə dair rəsmilərə əlavə tapşırıqlar verib.
Gülüstan və Mazandaran vilayətlərinə səfəri zamanı prezidenti bir neçə nazir və yüksək səviyyəli dövlət rəsmisi də müşayiət edib.
İranın bir neçə vilayətində güclü yağışların yağması sel və daşqınlara səbəb olub. Gülüstan, Mazandaran, Fars və Lorestan vilayətlərində sel və daşqın 26 nəfərin ölməsinə və onlarla nəfərin də xəsarət almasına səbəb olub. Bəzi yerlərdə yaşayış məntəqələri su altında qalıb.