Apr 26, 2019 11:45 Asia/Baku
  • Əmirəbdollahiyan: “Dikbaş Tramp”ı qüdrətlə geri oturdacağıq
    Əmirəbdollahiyan: “Dikbaş Tramp”ı qüdrətlə geri oturdacağıq

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkçisi deyib: “Dikbaş Tramp” yalnız güc məntiqini başa düşür; onu qüdrətlə geri oturdacağıq.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkisi Hoseyn Əmirəbdollahiyan bir twittdə yazıb: İranın adı sülh, dostluq, izzət, dərrakəlik, hikmət və qüdrətlə yanaşıdır.

O, əlavə edib: Unutmayaq ki, Amerika elə bir zamanda İraqa hərbi hücum etdi ki, sözdə BMT müfəttişlərinin vasitələri ilə öncədən bu ölkənin silahlarını tamamilə məhv etmişdi.

İran İslam Şurası Məclisi sədrinin beynəlxalq məsələlər üzrə xüsusi köməkisi başqa bir bir twittdə yazıb: Bu gün daxil böhranlar, Yəmən savaşı və Bəhreyn böhranı sionistlərin xidmətçisi olan ali-səudla bağlıdır.

Əmirəbdollahiyan əlavə edib: Səud rejimi öz ölkəsinin vətəndaşlarından 37 nəfəri edam edərək, sübut etdi ki, ali-səudun legitimsizliyi böhranı olduqca ciddidir. Ərəbistan rejimi aprelin 23-də terrorizmlə mübarizə bəhanəsi və təhlükəsizlik ittihamı ilə 37 ərəbistanlını edam etdi.

 

 

Teqlər