Hacı Qasem Soleymaninin və silahdaşının cənazələri Məşhədə daxil olub
Yan 05, 2020 15:59 Asia/Baku
General-leytenant şəhid Hacı Qasem Soleymaninin və şəhid Əbu Məhdi Əlmuhəndisin cənazələri Məşhədul-Rza(ə)-a daxil olub.
Məşhəd əhalisi bu gün səhər tezdən general-leytenant şəhid Hacı Qasem Soleymani ilə vidalaşmaq üçün bu şəhərin 15 xordad meydanına gəlmişdi. Onlar generalın pak cənazəsini gətirən təyyarənin daxil olmasını səbirsizliklə gözləyirdilər.
Öncədən şəhid general Soleymaninin cənazəsinin saat 12-də Məşhədə çatacağı elan edilmişdi. Amma istiqanlı Əhvaz əhalisinin mehribanlığı, misilsiz müşayiəti və uzun sürən vidası generalın onların arasında daha çox qalmasına və təxirlə Məşhədə gəlməsinə səbəb oldu.