İyul 07, 2020 13:29 Asia/Baku
  • General Soleymaninin terroru beynəlxalq qanunların pozulması idi

BMT-nin xüsusi məruzəçisi Amerikanın general Soleymaninin terroru ilə bağlı cinayətini beynəlxalq qanunların pozulması adlandırıb.

SəhərAzəri xəbər verir, Aqnes Kallamard bu gün Röyters ilə müsahibədə ölkələrin, hərbi pilotsuzlarla məqsədyönlü terrorların törədilməsi və bu sahədə qaydaların tətbiq edilməsi məsələsinə cavab vermələrini istəyibdir. Bildirib ki, Amerikanın general Soleymaninin terroru ilə nəticələnən yanvarın üçündə keçirdiyi PUA hücumu BMT nizamnaməsinin pozulması idi.

O, söyləyib: Amerika general Qasem Soleymani barədə olan «o, qəti bir təhdid idi» iddiası üçün yetərincə faktlar təqdim edə bilməyibdir.

Kallamard cümə axşamı günü bu barədəki hesabatını BMT-nin İnsan Haqları Şurasına təqdim etməlidir.

Kallamard deyibdir ki, qanunsuz, tələsik və özbaşına edamlar barədə olan hesabatında vurğulayıbdır ki, general Soleymaninin terrorunda ilk dəfə olaraq bir hökumət üçüncü ölkənin ərazisində başqa bir dövlət rəsmisinə hücumu əsaslandırmaq üçün «özünümüdafiə» prinsipini bəhanə gətiribdir və bu, qanunsuzdur.

2020-ci il yanvarın üçündə İraqın məsul şəxslərinin rəsmi dəvətilə bu ölkəyə səfər etmiş Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasem Soleymani İraqın xalq səfərbər qüvvələrinin rəis müavini Əbu Məhdi Əlmuhəndis və 8 digər nəfərlə yanaşı təcavükar və terrorçu amerikan qüvvələrin PUA hücumu nəticəsində Bağdad aeroportunda şəhid edildi.

Teqlər

Şərhlər