ABŞ BMT-nin general Soleymaninin terroru haqdakı məlumatından əsəbidir
ABŞ Dövlət Departamentinin sözçüsü çərşənbə günü gecə bir açıqlamada BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamardın Sepah-ın Qüds qüvvələrinin komandanı general-leytenant Qasem Soleymaninin terror edilməsinin qanunsuz olması haqdakı son hesabatını tənqid edib.
SəhərAzəri xəbər verir, Morqan Ortaqus iddia edib ki, bu məlumatın BMT tərəfindən yayılması və Amerikanın pislənilməsi «fikir pozğunluğunun xas növü»nü tələb edibdir.
BMT-nin xüsusi məruzəçisi Aqnes Kallamard çərşənbə axşamı günü bir açıqlamada Amerikanın general Soleymaninin terror edilməsini əsaslandırmasını rədd edərək, amerikalı terrorçuların bu hərəkətinin beynəlxalq qanunları və BMT nizamnaməsini pozduğunu bildirib.
General-leytenant pasdar Hac Qasem Soleymani və onun bir qrup silahdaşı 2020-ci il yanvarın üçündə səhər, təcavükar və terrorçu amerikan qüvvələrin PUA hücumu nəticəsində Bağdad aeroportunun yaxınlığında şəhid edildi.
General Soleymani İraq hökumətinin rəsmi dəvətilə bu ölkəyə səfər etmişdi.
Amerikanın müharibə nazirliyi- Pentaqon-un bildirdiyinə görə, bu hava hücumuna əmri həmin ölkənin prezidenti Donald Tramp vermişdi.
Bir çox ölkə, təşkilat və qrup Amerikanın bu terror hərəkətini pislədi.General Soleymani, Qərbi Asiya bölgəsində İŞİD daxil olmaqla, təkfirçi və terrorçu qruplarla mübarizə sahəsində tanınmış bir sima idi.