İyul 10, 2020 09:21 Asia/Baku
  • Musəvi ABŞ-ın Şəhid Soleymaninin amalından qorxduğunu deyib

İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerika rejimi başçılarının general-leytenant pasdar şəhid Qasem Soleymaniyə qarşı küdurətlərinə işarə ilə deyib ki, Amerikanın Şəhid Soleymaninin amalından qorxusu hətta bu qəhrəmanın həyatı dövründəkindən də çoxdur.

SəhərAzəri xəbər verir, İran Xarici İşlər Nazirliyinin sözçüsü Seyyed Əbbas Mousəvi dünən Amerika rejiminin bəzi sabiq və hazırkı rəsmilərinin Sepah-ın Qüds qüvvələrinin şəhid komandanı general-leytenant Qasem Soleymani barədəki son utancgətirici sözlərinə reaksiyada söyləyib: Peşəkar canilərin öz cinayətlərini əsaslandırmaq niyyətində olmaları yeni bir şey deyildir. Amma Amerikanın imperialist və zalımlıq xüsusiyyətini göstərən və ikiqat təəssüf doğuran məsələ, onların BMT-yə və məsələ ilə bağlı olan məruzəçiyə qarşı həyasızcasına reaksiya tərzidir.

Mousəvi Şəhid Soleymaninin regionda və dünyada İŞİD xüsusiyyət təşkil etməklə sərt ekstremizm və terrorizmin yayılması qarşısında ən təsirli qüvvə olmuş olduğunu vurğulayıb. O, belə qeyd edib: Bu milli və region sülhü və təhlükəsizliyi qəhrəmanının terror edilməsi sübut etdi ki, İŞİD və terrorizm Amerikanın Qərbi Asiya bölgəsini qarət etmək üzrə oyununun bir hissəsi olub və bu ölkənin terrorizmlə mübarizə barədəki iddiası tamamilə əsassız və puçdur.

Mousəvi həmçinin vurğulayıb: BMT və bu təşkilatın İnsan Haqları Şurasının üzvləri/ insan hüquqları və BMT nizamnaməsinin, eləcə də beynəlxalq hüquq normalarının aşıq-aşkar pozulması olan bu təhlükəli hərəkətlərə baxılması üçün öz məsuliyyətlərinə əməl etməli və Amerika rejimi tərəfindən mütəşəkkil qətl, həmçinin qanunsuzluq və quldurluğun adiləşməsinə mane olmalıdırlar.

Teqlər