İran İslam Respublikası həmişə Azərbaycan xalqını dəstəkləyir
Azərbaycan Respublikası ilə Ermənistan arasındakı sərhəddə baş verən son hadisələrə toxunan Təbrizin İmam Cüməsi Höcətülislam Seyyid Məhammad Əli Al-Haşim deyib: "Azərbaycan Respublikası xalqına övladlarının və Azərbaycan ordusunun zabitlərinin şəhid olması münasibəti ilə başsağlığı verirəm."
SəhərAzəri İsna-ya istinadla xəbər verir, Ali-Haşim Təbriz Tele-radio mərkəzinin Cümə Mesajı proqramında əlavə olaraq deyib: “İslam İnqilabının dahi Rəhbəri Həzrəti Ayətullah əl-Uzma İmam Xamenei Qarabağı İslam torpağı adlandırıb.”
Ali-Haşim deyib: “Biz Azərbaycan Respublikasında yaşayan Azərbaycan xalqını qardaşlarımız hesab edirik. İslam Respublikası həmişə Azərbaycan xalqını dəstəkləyib və bundan sonra da ona dəstək verəcəkdir.”
Azərbaycan Respublikası və Ermənistan hökumətlərinə məsləhət verən Təbrizin İmam Cüməsi deyib: “Həm Azərbaycan hökuməti, həm də Ermənistan son problemləri sülh, kompromis və dialoq yolu ilə həll etməlidir. Əks təqdirdə bu müharibə və qan tökülməsi heç kimin xeyrinə olmayacaqdır.”
Həmin məlumata görə Təbrizin İmam Cüməsi vurğulayaraq deyib: “Azərbaycan Respublikasının strateji tərəfdaşlarından, yəni ABŞ, İngiltərə, Fransa və sionist rejimdən fərqli olaraq İran İslam Respublikası Dağlıq Qarabağa xüsusi hörmət göstərir.”
Ali-Haşim İsraili bu müharibənin əsas səbəbkarı hesab edərək əlavə edib: “Sionist rejim ABŞ kimi etibarlı deyil və yalnız yeni silah axtarır və bölgədəki təsirlərini gücləndirməyə çalışır.”
"İstəyirik ki, hər iki tərəf bir-biri ilə danışsınlar və günahsız millətin qanı tökülməsin.