İran ordusunun dəniz qoşunlarının 69-cu eskadrası geri dönüb
https://azeri.sahartv.ir/news/İran-i368315-İran_ordusunun_dəniz_qoşunlarının_69_cu_eskadrası_geri_dönüb
İran ordusunun dəniz qoşunlarının 69-cu eskadrası bu gün Ədən körfəzi tapşırığından bu qoşunların «İmamət» tipli birinci bölgəsinə geri dönübdür.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 13, 2020 08:59 Asia/Baku
  • İran ordusunun dəniz qoşunlarının 69-cu eskadrası geri dönüb

İran ordusunun dəniz qoşunlarının 69-cu eskadrası bu gün Ədən körfəzi tapşırığından bu qoşunların «İmamət» tipli birinci bölgəsinə geri dönübdür.

SəhərAzəri xəbər verir, 69-cu eskadra Ədən körfəzi kimi ucqar sularda öz 67 günlük tapşırığını uğurla yerinə yetirərək, İrana qayıdıbdır.

İran İslam Respublikası Ordusunun strateji dəniz qüvvələrinin «Lavan» logistik hərbi gəmisi və «Səbəlan» esminesinə şamil olan yetmişinci eskadrası da bu gün ucqar sularda nizam-intizam və təhlükəsizliyin qorunması tapşırığını yerinə yetirməyə göndərilibdir.

İran İslam Respublikası Ordusunun dəniz qüvvələri eskadralarının ucqar sulara tapşırığa göndərilməsi on il bundan öncədən başlanıb. Məqsəd, dəniz quldurları ilə mübarizə, həmçinin nizam-intizam və təhlükəsizliyin bərqərarıdır.