Təbrizlilər Türkiyə konsulluğunun qarşısına toplaşdılar
Dek 12, 2020 19:57 Asia/Baku
Türkiyə Prezidenti Rəcəb Teyyib Ərdoğanın Bakıda oxuduğu şeirə etiraz olaraq Təbrizdəki Türkiyə Konsulluğunun qarşısında Təbrizlilər aksiya keçirib.
SəhərAzəri xəbər verir, bu gün günortadan sonra Təbrizdə çox sayda insan Türkiyə Prezidenti Rəcəb Teyyib Ərdoğanın Bakıda şeir oxumasına etiraz olaraq Türkiyənin Təbrizdəki Konsulluğunun qarşısında toplanaraq aksıya keşiriblər.
Bu toplantıda Təbrizlilər "Qeyrətli Təbriz, Qeyrətli Azərbaycan", "Türklər, Farslar, Azərilər; İmam Hüseynin Ləşkari", "Azərbaycani Canbazı, Xameneidən Ayrilmaz" şüarları səsləndirərək İslami İranın ərazi bütövlüyünü vurğulayıblar.
Mitinqin sonunda Türkiyə prezidentinin son açıqlamalarını pisləyən bir bəyanat oxunub.