Dek 31, 2020 16:50 Asia/Baku
  • Ruhani:

İran İslam Respublikası prezidenti deyib: "İmam Xomeyninin məktəbi və İslam İnqilabın Böyük Rəhbərinin məktəbi olan general-leytenant şəhid Qasim Süleymaninin yolu və məktəbi əbədi olaraq, davam edəcəkdir.

SəhərAzəri xəbər verir, İran İslam Respublikası prezidenti Həsən Ruhani Energetika Nazirliyinin milli layihələrinin istifadəyə verilməsi mərasimində general-leytenant şəhid Qasim Süleymaninin xatirəsini əziz tutaraq, əlavə edib: "Mütləq düşmən İslam İnqilabı Keşikçiləri Korpusu SEPAH-ın Qüds Qüvvələrinin komandanını vəhşicəsinə terror etməkdən ziyan görəcək və regionun xalqı və gənclərinin müqavimət və regionun müstəqilliyi yolunda daha möhkəm və daha ümidvar dayanacağına əmin olmalıdır".

"Amerikalılar bölgədə olduğu müddətdə Qərbi Asiya təhlükəsiz olmayacaq və bölgə xalqları tezliklə cinayətkarları və təcavüzkarları bölgədən qovacaqlar", - deyə İran İslam Respublikası prezidenti qeyd edib.

Ruhani, sözlərinin davamında hökumətin İranın şimal-qərbindəki Urmiyə gölünü canlandırmaq üçün göstərdiyi səylərə toxunaraq, deyib: "Urmiyə gölünün dirçəldilməsi hökumətin Qərbi və Şərqi Azərbaycan və bütün şimal-qərb bölgəsi xalqına verdiyi vədlərdən biri idi, çünki bu bölgənin həyatı Urmiyə gölündən asılıdır."

İran İslam Respublikasının prezidenti Qərbi Azərbaycan vilayətində "Kani Sib" bəndinin açılışını Urmiyə gölünü bərpa etmək cəhdi kimi dəyərləndirib və əlavə edib: "Bu bənd xalqın həyatı üçün həlledici bir göl yaradacaq".

İranın icra hakimiyyətinin başçısı, həmçinin insanlara son iki ayda səhiyyə protokollarına riayət etdikləri üçün təşəkkür edib və deyib: "Xalqın dəstəyi ilə epidemioloji vəziyyət məqbul bir səviyyəyə çatıbdır, Lakin vəziyyət hələ də stabil deyil və sosial məsafə və səhiyyə protokollarına mütləq riayət etmək lazımdır".

Teqlər