İranın məhkəmə hakimiyyətinin sədri vurğulayıb;
Müqavimət sərkərdələrinin terroru amillərini sərt intiqam gözləyir
İranın məhkəmə hakimiyyətinin sədri Ebrahim Rəisi vurğulayıbdır ki, general Süleymanini terror etmiş canilər daha yer kürəsində amanda olmayacaqlar.
SəhərAzəri xəbər verir, İranın məhkəmə hakimiyyətinin sədri Ebrahim Rəisi Tehranda keçirilən General-leytenant pasdar Qasem Süleymani, Əbu Məhdi Əlmuhəndis və onların silahdaşlarının şəhid olunmasının birinci ildönümü mərasimində, vurğulayıbdır ki, general Soleymanini terror etmiş canilər daha yer kürəsində amanda olmayacaqlar. O, belə qeyd edib: "Düşmənlər sərt intiqamın intizarında olsunlar; onun zaman və məkanını müqavimət qüvvələri təyin edəcəklər və bundan sonra düşmənlər üçün həyat ağır olacaqdır".
Rəisi qeyd edib ki, ABŞ prezidenti ədalətin icrasında amanda qalmayacaqdır. O, əlavə edib: "Amerikalıların regiondan qovulmaları sərt intiqamın cilvələrindən olacaq və müqavimət mehvəri heç vaxt öz şəhidlərindən heç birinin qanından keçməyəcəkdir".
Xatırladaq ki, İslam İnqilabı Keşikçiləri Korpusunun Qüds qüvvələrinin komandanı general-leytenant pasdar Qasim Süleymani və İraqda Əlhəşduşşəbi təşkilatının rəis müavini Əbu Mehdi Əl-Mühəndis və digər səkkiz nəfərlə yanaşı, 2020-ci il yanvarın üçündə təcavüzkar və terrorçu ABŞ qüvvələrinin İraqın Bağdad hava limanının yaxınlığında keçirdikləri hava hücumunda şəhid edildilər.