“İrandan Çinə neft idxalı gündə 1 milyon barrelə çatıb”
Mart 31, 2021 18:16 Asia/Baku
“Reuters” yalnız martın ilk 19 günündə gündəlik 650.000 barrel İran neftinin ixracına işarə edərək, Pekinin bu ay bir daha böyük İran neft axını alacağını yazıb.
SəhərAzəri xəbər verir ki, "Çin mart ayında daha bir böyük miqdarda İran nefti alacaq, bu da Çinin neft tədarükçülərindən idxal etmək istəyini azaldacaq" deyə Reuters ticarət mənbələri və analitiklərinə istinad edərək bildirib.
Gündə bir milyona yaxın İran nefti bu ay Çinə çatır. Bu, Səudiyyə Ərəbistanının bu ilin ilk iki ayında Çinə ixrac etdiyi həcmin təxminən yarısıdır.