Çin, İrana qarşı ABŞ-ın bir tərəfli sanksiyalarının ləğvini istədi
https://azeri.sahartv.ir/news/İran-i375230-Çin_İrana_qarşı_abŞ_ın_bir_tərəfli_sanksiyalarının_ləğvini_istədi
Çin Xarici işlər Naziri Vang Yi, ABŞ rəhbərliyindən İrana qarşı bir tərəfli sanksiyalarına son verməsini və nüvə razılaşmağa dönməsini istədi.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 02, 2021 17:27 Asia/Baku
  • Çin, İrana qarşı ABŞ-ın bir tərəfli sanksiyalarının ləğvini istədi

Çin Xarici işlər Naziri Vang Yi, ABŞ rəhbərliyindən İrana qarşı bir tərəfli sanksiyalarına son verməsini və nüvə razılaşmağa dönməsini istədi.

SəhərAzəri xəbər verir ki,Çin Xarici işlər Naziri bu gün etdiyi çıxışda, Pekinin nüvə razılaşma mövzusunda ədalətli bir mövqedə dayandığını və konstruktiv rol ifa etdiyini, ancaq ABŞ-ın nüvə razılaşmadan çəkilmək ilə gərginliyi şiddətləndirdiyini  qeyd etdi.

Çin Xarici işlər Naziri, Pekinin ABŞ-ın nüvə razılaşmağa dönməsini məmnuniyyətlə qarşıladığını vurğuladı.

İran İslam Respublikası səlahiyyətliləri dəfələrlə, nüvə razılaşmadan ilk çəkilən və sanksiyaları geri gətirən tərəfin ABŞ olduğu üçün ilk olaraq ABŞ-ın nüvə anlaşmasına uyğun olaraq öz öhdəçiliklərini yerinə yetirməsinin lazım olduğunu vurğulamışlar.