Çin və İranın XİN başçıları arasında telefon danışığı olub
Çinin xarici işlər naziri Vanq Yi ilə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif arasında baş tutan telefon danışığı zamanı tərəflər ikitərəfli əlaqələri və Əfqanıstan məsələsini müzakirə ediblər.
SəhərAzəri-nin məlumatına əsasən, Vanq Yi bu telefon danışığında, təməl maraqları ilə əlaqəli mövzularda Çini dəstəklədiyinə görə, İrana, təşəkkür edib və deyib: "Pekin, gələcəkdə İranı, öz suverenliyini və milli ləyaqətini qorumaqda və qanuni hüquqlarını və maraqlarını müdafiə etməkdə dəstəkləməyə davam edəcək".
Məhəmməd Cavad Zərif də, Tehranın Çinlə münasibətlərə böyük əhəmiyyət vrdiyini və yeni hökumətin İranda fəaliyyətə başlamasından sonra bu əlaqələrin daha da dərinləşəcəyinə inandığını söyləyib.
Çin və İranın xarici işlər nazirləri Əfqanıstandakı son vəziyyət kimi məsələləri də müzakirə ediblər.