Okt 10, 2021 14:39 Asia/Baku
  • Hüseyn Əmir-Abdullahiyan
    Hüseyn Əmir-Abdullahiyan

«Müzakirələri kollektiv aqilliklə davam etdirəcəyik». Bunu, İran xarici işlər naziri vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən,  Hüseyn Əmir-Abdullahiyan bildirib ki, Şərqə baxış, Qərbin kənara qoyulması demək deyil və mütləq şəkildə ölkəni Rusiya və Çinlə ilmələmək istəmirik.

O, deyib ki, Vyana müzakirələri və nüvə anlaşmasının bərpasını kollektiv aqilliyə söykənməklə davam etdirəcəyik.

«13-cü dövlətin xarici siyasəti üçün işlətdiyimiz açar sözlər sayıq və fəal diplomatiya altında müvazinətli xarici siyasətdir»-deyə, Əmir-Abdullahiyan bildirib.

«İran üçün Asiya ölkələri ilə anlaşma, həmçinin bu bölgəyə və qonşulara baxış xarici siyasət sahəsində İran üçün ilk prioritetdir.» -deyən İran xarici işlər naziri belə söyləyib: Asiyaya baxış o demək deyildir ki, Qərb də daxil olmaqla digər bölgələrə diqqət etməyək.

Əmir-Abdullahiyan sonra belə qeyd edib: Qəbrlilərə açıq şəkildə demişik ki, Çin, Rusiya və Hindistana bir bölgədəyik- Asiya coğrafiyasında yerləşirik və Amerika tərəfindən izlənilən siyasətlərə və İran qarşısında öhdəlikləri yerinə yetirilmədiyinizə görə, günü-gündən zərər çəkir və ticari və iqtisadi sahələrdə İranla anlaşma və investisiya proqramlarından uzaqlaşırsınız.

İran xarici işlər naziri daha sonra deyib ki, İran qolubağlı qalmayacaq və öz maraqları istiqamətində qərar çıxarıb, irəliləyəcək.

 

Teqlər