Okt 28, 2021 12:51 Asia/Baku
  • Media gərginlikləri arxada qaldı

İran İslam Respublikası xarici işlər naziri dünən Tehranda Əfqanıstan mövzusunda və Əfqanıstanın qonşu ölkələrinin XİN başçıslarının iştirakı ilə keçirilən konfransdan sonra mətbuata verdiyi açıqlamada Azərbaycan Respublikası ilə media böhranının sona çatdığını bildirib.

SəhərAzəri-nin məlumatına əsasən,Hüseyn Əmir Abdullahiyan son günlər Azərbaycan Respublikası prezidentinin dilindən bu ölkənin İsrail rejimi ilə qıcıq doğuracaq əlaqələrə malik olmadığına dayir deyilənləri müsbət qiymətləndirib.

İİR XİN başçısı deyib: Daha çox Azərbaycan Respublikası rəsmiləri tərəfindən həyata keçən media böhranı zəminində Azərbaycan rəsmiləri ilə davamlı təmaslarda olduq və mənə elə gəlir ki, artıq media böhranını arxada qoymuşuq.

Əmir Abdullahiyan saxlanılan iranlı sürücülərin sərbəst buraxıldıqlarını xatırladıb və deyib: Son razılaşmamız əməkdaşlıqların düzgün istiqamətində hərəkət etməkdən ibarət idi və bu çərçivədə əlaqələrin çaxnaşmasız davam edəcəyi və problemlərin tədricən aradan qaldırılacağı gözlənilir.

İranın xarici işlər naziri 13-cü hökumətin qonşulara baxışının ciddi əməkdaşlıqdan ibarət olduğunu diqqətə çəkərək deyib: Bu istiqamətdə İran və Azərbaycan Respublikası arasındakı konstruktiv əməkdaşlıqları idarə edəcəyik və iki ölkə arasındakı potensiallardan faydalanacağıq.

 “ Ümid edirən prosseslər elə sürətlə inkişaf edəcək ki, EKO-ya üzv ölkələrin gələn ay Aşqabadda keçiriləcək zirvə toplantısında İran və Azərbaycan Respublikası prezidentlərinin görüşünə zəmin yaradılacaq.”- deyə Hüseyn Əmir Abdullahiyan bildirib.

Teqlər