Rəisi Ərdoğanla telefon söhbətində:
İran Türkiyə ilə əlaqəyə əhatəli baxışla nəzər salır
İran prezidenti dünən gecə Türkiyə prezidenti ilə telefon əlaqəsində deyib ki, İran İslam Respublikası Türkiyə ilə əlaqə və əməkdaşlığa uzaq perspektivli və hərtərəfli baxışla nəzər salır.
SəhərAzəri-nin məlumatına əsasən,Seyid İbrahim Rəisi bu telefon söhbətində Tehran-Ankara həmkarlıqları və əlaqələrinin ikitərəfli və regional istiqamətlərdəki inkişaf perspektivlərinə toxunub. Bildirib ki, İran Türkiyə ilə strateji əməkdaşlıqlar üzrə proqramlaşdırmanı alqışlayır.
İran İslam Respublikasının prezidenti həmçinin regionun müxtəlif hissələrində dayanıqlı sabitlik və təhlükəsizlik üzrə yeganə yol kimi ölkələrin ərazi bütövlükləri və suverenliklərinə hörmət vacibliyinə təkid edib.
Rəcəb Tayyıb Ərdoğan da deyibdir ki, Türkiyə İran İslam Respublikası ilə əlaqələrin gücləndirilməsi və möhkəmləndirilməsi üçün müxtəlif iqtisadi əməkdaşlıqlar siyahısını hazırlayıb.
Türkiyə mətbuatı isə bu telefon danışığı barədə yaydığı məlumatda bildirir ki, danışıqlar zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın 3+3 platforması çərçivəsində növbəti regional toplantısını Türkiyədə keçirmək planlarını açıqlayıb.
Türkiyə prezidenti tezliklə Tehrana səfər etməyə olan təmayülünü də ifadə edib.