Apr 28, 2022 17:09 Asia/Baku
  • Hüseyn Əmir-Abdullahiyan Ceyhun Bayramovu İrana səfərə dəvət edib

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə İran İslam Respublikasının xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan arasında telefon danışığı baş tutub.

SəhərAzəri-nin məlumatına əsasən, bildirilib ki, nazirlər ikitərəfli əməkdaşlıq gündəliyinin aktual məsələləri üzrə fikir mübadiləsi aparıblar. İki ölkə arasında iqtisadi, ticarət, nəqliyyat, humanitar və digər sahələrdə əməkdaşlıq, habelə yüksək səviyyəli qarşılıqlı səfərlərin həyata keçirilməsi təqdir olunub.

İran-Azərbaycan iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə Dövlət Komissiyasının fəaliyyəti və əldə olunan razılıqların icrası məmnunluqla vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional məsələlər, çoxtərəfli platformalar və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

İran xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan Azərbaycanlı həmkarını İrana səfərə dəvət edib.

Teqlər