Tehran-Düşənbə əlaqələrinin inkişafına zəmin
İranın xarici işlər naziri deyib: İran və Tacikistan bir çox tarix, sivilizasiya, mədəniyyət və dil ortaqlığına malikdirlər. Bu böyük imkan, iki ölkə arasındakı əlaqələrin daha da genişlənməsinə zəmin yaradacaq.
SəhərAzəri-nin məlumatına əsasən, Tacikistan Respublikasının xarici işlər naziri müavini Müzəffər Hüseynzadə dünən Tacikistan prezidentinin İran İslam Respublikasına səfəri ərəfəsində İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyanla görüşüb.
Tacikistan prezidentinin Tehrana səfərindən məmnuluq ifadə edən Əmir-Abdullahiyan bu görüşdə həmin səfəri iki ölkə əlaqələrinin genişləndirilməsndə çox önəmli adlandırıb.
Tacikistan Respublikasının xarici işlər naziri müavini Müzəffər Hüseynzadə də iki ölkənin müxtəlif sahələrdəki əlaqələrinin önəminə təkid edib,/ Tacikistanın İran İslam Respublikası ilə əlaqələri daha da genişləndirməyə hazır olduğunu bildirib.