İyun 17, 2022 18:05 Asia/Baku
  • Əmir-Abdullahiyan: İran nəticə verəcək nüvə danışıqları istəyir

İranın xarici işlər naziri bəyan edib ki, rəsmi Tehran nəticə verəcək nüvə danışıqların tərəfdarıdır və qarşı tərəfin real olmaslını istəyir.

SəhərAzəri-nin məlumatına əsasən, İran XİN rəhbəri bugünkü paylaşımında nüvə sazişinin bərpası ilə bağlı danışqıların vəziyyətinə diqqət çəkib və qarşı tərəfi reallığı qəbul etməyə çağırıb.

Hüseyn Əmir-Abdullahiyan tvitter hesabında yazıb: “İran İslam Respublikası nəticə verəcək müzakirələrdən yanadır. Biz Parlamentimizin qərarlarına əməl edir, müzakirələri davam etdiririk. ABŞ-ı real olmağa, dəlisov sanksiyalar tətbiq etməkdən çəkinməyə, Beynəlxalq Atom Enerjisi Agentliyini peşəkar davranmağa və siyasi addımlardan çəkinməyə çağırırıq. Eyni zamanda şəkkimiz də yoxdur ki, sanksiyaları zərərsizləşdirə bilərik.”

Teqlər