Əmir Abdullahian İtaliyanın xarici işlər naziri ilə görüşüb
İtaliyanın paytaxtı Romaya gedən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan bu gün günortadan sonra italyan həmkarı Luici Di Maio ilə görüşüb.
SəhərAzəri-nin məlumatına əsasən, İran və İtaliya xarici işlər nazirləri arasında keçirilən görüşdə regional və beynəlxalq məsələlər, həmçinin ikitərəfli əməkdaşlığın gücləndirilməsi müzakirə olunub.
İranın xarici işlər naziri Əmir Abdullahiyan İtaliya və Vatikan rəsmiləri ilə ikitərəfli, regional və beynəlxalq məsələlərlə bağlı fikir mübadiləsi aparmaq üçün bu gün səhər Tehrandan Romaya yola düşüb.
Xarici işlər naziri səfərlə bağlı açıqlamasında deyib: "İtaliyaya səfər bu ölkədəki həmkarımın dəvəti ilə həyata keçirilir. Onunla iki dəfə görüşdük, Nyu-Yorkda və Münhendə. Siyasi, iqtisadi və ticari əməkdaşlığın həyata keçirilməsi bu səfərin əsas gündəmləri arasındadır və bu istiqamətdə müxtəlif proqramlar və planlar hazırlanıb''.