Türkiyə prezidenti Aliməqam Rəhbər ilə görüşüb
https://azeri.sahartv.ir/news/İran-i391306-türkiyə_prezidenti_aliməqam_rəhbər_ilə_görüşüb
Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu gün günorta islam inqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə görüşüb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyul 19, 2022 08:09 Asia/Baku
  • Türkiyə prezidenti Aliməqam Rəhbər ilə görüşüb

Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bu gün günorta islam inqilabının Aliməqam Rəhbəri Həzrət Ayətullahül-üzma Xamenei ilə görüşüb.

SəhərAzəri-nin məlumatına əsasən, bu gün səhər Tehrana daxil olan Türkiyə prezidenti Sədabad Sarayında İran prezidenti Seyid İbrahim Rəisi tərəfindən rəsmi qarşılanıb. Ardınca prezidentlərin təkbətək görüşü baş tutub.

Bu gün günortadan sonra isə qarşılıqlı əlaqələrin genişləndirilməsi yollarının araşdırılması məqaəsi ilə prezidentlərin başçılığı ilə geniş tərkibli görüş keçiriləcək.

Ərdoğan Tehran səfərində həmçinin İran və Rusiya prezidentləri ilə birlikdə Astana Sülh Prossesinin 7-ci sammit iclasında iştirak edəcək.