Tehran əhalisinin anti-sionist aksiyasının yekun bəyanatında sionist rejimin cinayətləri pislənib
Tehran əhalisinin anti-sionist aksiyasının yekun bəyanatında sionist rejimin Qəzzədəki cinayəti pislənilib və Fələstinin İslami müqaviməti dəstəklənib.
SəhərAzəri-nin məlumatına əsasən, Sionist rejim qırıcıları Qəzzənin daxilindəki bəzi bölgələrə hücum ediblər.
Bu hücumlar nəticəsində 45 fələstinli şəhid olub, 360 nəfər isə yaralanıb.
Nəhayət, müqavimət raketləri sionist rejimi atəşkəs razılaşmasını qəbul etməyə vadar etdi.
Tehran xalqının çərşənbə axşamı keçirdiyi anti-sionist nümayişinin yekun bəyanatında deyilir: "Qəhrəman Fələstinin Qüds qəsbkarlarına qarşı onilliklər boyu müqaviməti; Hansı ki, bu gün fələstinli mübariz qrupların birliyi sayəsində qəddar və işğalçı sionist rejim qarşısında hər hansı bir tarixi dövrdən daha güclüdür, sionistlər və onların havadarları üçün "vurub, qaçma" dövrünün başa çatdığını göstərir".
Bəyanatın davamında deyilir: "Fələstin müqavimətinin imkanlarının təkmilləşdirilməsi və onun çəkindirmə gücünə nail olması tənlikləri dəyişdi və mübarizənin yeni mövsümündə; Qeyrətli və şücaətli fələstinlilər sionist rejim tərəfindən ən kiçik zərbə və hücumu ən böyük reaksiyalarla, sarsıdıcı və peşmanedici cavablarla müşayiət edəcəklər".
Bəyanatın sonunda, insan hüquqlarını müdafiə etdiklərini iddia edən beynəlxalq təşkilat və qurumlardan susqunluğu pozaraq, cəsarətlə ağır insani vəzifələrini yerinə yetirmələri tələb olunub.