Avq 11, 2022 20:02 Asia/Baku
  • Həzrət Ayətullahuluzma Xamenei
    Həzrət Ayətullahuluzma Xamenei

Həzrət Ayətullahuluzma Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibinin məktubuna cavabda İslami Cihadın şücaətli müqavimətinin bu hərəkatın müqavimətdə, sionist rejimin hiyləsinin zərərsizləşdirilməsi və bu rejimin kürəyinin yerə vurulmasındakı yerinin yüksəlməsinə səbəb olacağını bildiriblər.

SəhərAzəri-nin məlumatına əsasən, İslam İnqilabının Böyük Rəhbəri Həzrət Ayətullahuluzma Xamenei Fələstin İslami Cihad Hərəkatının baş katibi Ziyad Əlnəxalənin məktubuna cavabda bildiriblər ki, son hadisə Fələstin İslami Cihad Hərəkatının iftixarlarını ikiqat artırdı və Fələstin İslami Cihadın Fələstin xalqının əzəmətli müqavimət hərəkətindəki yerini yüksəltdi.

O həzrət vurğulayıblar: Siz öz şücaətli müqavimətinizlə qəsbkar rejimin hiyəgər siyasətini zərərsizləşdirdiniz və sübut etdiniz ki, müqavimət məcmuəsinin hər bir bölməsi təklikdə də düşmənin kürəyini yerə vura bilər.

İslam İnqilabının Böyük Rəhbəri əlavə ediblər: Siz cihad hərəkətini himayə edən Qəzzədəki mübarizəni qərb sahilindəki mübarizə və digər müqavimət qüvvələri ilə peyvənd etməklə Fələstin xalqının cihadının bütövlüyünü xəbis və hiyləgər düşmənə göstərə bildiniz.

Fələstinli qrupların bütün Fələstin ərazilərindəki bütün səyləri bütövlüyün qorunması üçün olmalıdır- deyə, vurğulayan Həzrət Ayətullahuluzma Xamenei belə qeyd ediblər: Qəsbkar düşmən zəifliyə, Fələstin müqaviməti isə qüvvətə doğru gedir və biz sizin kənarınızda durmaqda davam edirik.

Ziyad Nəxalə İran İslam İnqilabının Böyük Rəhbərinə ünvanladığı məktubda fələstinli mübarizlərin, xüsusən İslami Cihad Hərəkatı və Səraya əl-Qüds hərbi qolunun Fələstin boyu, xüsusən Qəzzədə və qərb sahilindəki geniş iştirakına işarə və qeyd edibdir ki, cihad müqavimət batalyonlarının iştirakı ilə heç bir gün qərb sahilində sionist rejimlə döyüşlər baş vermədən keçmir.

 

Teqlər