İran ABŞ ordusunun Suriya xalqına hücumunu pisləyib
Avq 24, 2022 20:10 Asia/Baku
İran Xarici İşlər Nazirliyinin sözçüsü Amerika ordusunun Suriyanın xalqı və infrastrukturlarına qarşı təcavüzünü bu ölkənin suverenliyi, istiqlaliyyəti və ərazi bütövlüyünün pozulması adlandırıb və onu qəti şəkildə pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Bu gün səhər Amerikanın Mərkəzi Komandanlıq Qərargahı- SENTKOM (CENTCOM) bir bəyanatda bildirib ki, ABŞ prezidenti Co Baydenin nəzarəti altında keçirilən hava əməliyyatında Suriyanın şərqində yerləşən Deyrəzzur bölgəsindəki əraziləri hədəf alıbdır.
İran Xarici İşlər Nazirliyinin sözçüsü Nasir Kənani-Çafi Amerika ordusunun Suriya xalqına qarşı yeni təcavüzünü işğalçılığa qarşı çıxan mübariz və xalq qrupları əleyhinə terror hərəkəti adlandırıb.