Əmir-Abdullahiyan: ABŞ timsah göz yaşları tökmək əvəzinə iqtisadi terrora son qoysun
İranın xarici işlər naziri Vaşinqtonun insan haqları ilə bağlı baxışını tənqid edərək deyib: Amerika timsah göz yaşları tökmək əvəzinə iqtisadi terrora son qoymalıdır.
SəhərAzəri-nin məlumatına əsasən, İran XİN rəhbəri bunu tvitter səhifəsində yazıb.
Nyu Yorkda İran prezidentinin yanında və BMT-nin mənzil-qərargahında olan Huseyn Əmir-Abdullahiyan belə yazıb:
"Prezidentin dediyi kimi, öz qızlarımız kimi olan Məhsanın faciəli ölümü ilə bağlı araşdırmaya göstəriş verilib. İnsan haqları İran üçün daxili dəyərə malikdir. Bunu rəqiblərinə qarşı alət kimi görən ABŞ timsah göz yaşları tökmək əvəzinə iqtisadi terrora son qoysun”, deyə İran XİN rəhbəri ABŞ-ı tənqid edib.
Qeyd edək ki, İran iqtisadi terror dedikdə ABŞ-ın nüvə sazişindən birtərəfli qaydada çıxması və İrana sərt sanksiyalar tətbiq etməsini nəzərdə tutur.