Təbriz əhalisi müqəddəs müdafiənin altı şəhidinin pak cənazəsini qarşılayıb
İcbar edilmiş müharibənin yenicə aşkar edilmiş altı şəhidinin cənasəzi İranın Şərqi Azərbaycan vilayətinin Təbriz şəhərinin Şəhid Mədəni adına hava limanına daxil olub və əhalinin müxtəlıif təbəqələri tərəfindən qarşılanıb.
Şərqi Azərbaycan vilayəti islami quruluşa və İslam İnqilabına on minə yaxın şəhid təqdim edibdir.
Sözügedən şəhidlərin cənazələri bu gün “Aşura Korpusu” qərargahına köçürülüb və silahdaşlarının çiyinlərində müşayiət olunub.
Şərqi Azərbaycan vilayətinin “Müqəddəs Müdafiənin Dəyərlərinin Yayılması və Əsərlərinin Qorunması Mərkəzi”nin baş direktoru kontr-admiral Rza Abbasi deyib: Bu pak cənazələr Şərhani bölgəsində düşmənin müxtəlif hücumları və Bədr əməliyyatı ilə bağlı, eləcə də Dəclə çayının şərqində aşkar edilmiş şəhidlərə aiddir.
Kontr-admiral Abbasi əlavə edib: Dekabrın iyirmi yeddisində Həzrət Fatimeyi-Zəhra(s.ə)-nın şəhadətinin ildönümü günü ilə bir zamanda, ölkə boyu üç yüz şəhid müşayiət olunacaq və Təbrizdə dörd şəhidin pak cənazəsi torpağa tapşırılacaq.