Yan 13, 2023 16:28 Asia/Baku
  • İran xarici işlər naziri Livana səfər edib

İran xarici işlər naziri rəsmi görüş məqsədilə dünən gecə Beyruta daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir-Abdullahiyan Livana daxil oduqdan sonra keçirdiyi mətbuat konfransında deyib ki, İran İslam Respublikası Livanın xalqı və hökumətinə, həmçinin bu ölkədəki müqavimətə olan dəstəklərini qüdrətlə davam etdirəcək.

İran xarici işlər naziri bildirib ki, Livan xarici işlər nazirinin dəvəti ilə baş tutan bu səfər son Fələstin hadisələri barədə məşvərət də daxil olmaqla ikitərəfli, regional və beynəlxalq məsləhətləşmələr məqsədilə həyata keçirilir.

Əmir-Abdullahiyan sonra deyib: Şübhə etmirik ki, Livandakı müxtəlif siyasi cərəyanlar hər hansı xarici müdaxilə olmadan və ləyqətlə öz prezidentlərini təyin etməyə qadir olacaqlar.

İran xarici işlər naziri Livandakı bütün siyasi cərəyanları dialoq və razılaşma yolu ilə prezidentin seçilməsi və siyasi prosesin təkmilləşdirilməsini həyata keçirməyə çağırıb.

Öz livanlı həmkarı və Livanın digər yüksək vəzifəli rəsmilərilə görüş və dialoq, İran xarici işlər nazirinin səfər proqramına daxildir. Bu görüşlər zamanı ikitərəfli, regional və beynəlxalq sahələrdə iki ölkəni maraqlandıran məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.

 

 

Teqlər