İran fələstinlilərin evlərinin uçurulmasına reaksiya verib
İran Xaici İşlər Nazirliyinin sözcüsü deyib : "Beytləhmdə Sionist hərbiçilər tərəfindən fələstinlilərə məxsus iki evin qanunsuz tikili olması bəhanəsilə uçurulması “ Qərbin insan hüquqları “ görüntüsünü yansıdır.
SəhərAzəri-nin məlumatına əsasən, İran Xarici İşlər Nazirliyinin sözcüsü Nasir Kənani cümə axşamı sionist rejim hərbiçiləri tərəfindən fələstinlilərə məxsus evlərin uçurulmasına tviter səhifəsində münasibət bildirərək, yazıb: "Beytləhmdə sionist hərbiçilər tərəfindən fələstinlilərə məxsus iki evin qanunsuz tikili olması bəhanəsilə uçurulması acı bir lətifədir. Bu Yerlərin əsl sahibləri işğalçılardan tikili icazəsi almalıdırlar! İşğalçı isə bu icazəni vermir çünki, bu onların sionist yaşayış məskənlərinin daha da genişləndirilməsinə maneədir! Buna görə də onları uçurdurlar!
Kənani davamında yazıb: "Bu isə, "Qərbin insan hüquqları" görüntüsünü yansıdır.
İran Xarici İşlər Nazirliyinin sözcüsü digər bir Tviter paylaşımında deyib : "Keçən yanvar 35 fələstinli sionist rejim hərbiçiləri tərəfindən İordaniya çayı sahillərinin müxtəlif bölgələrində şəhid edilib. Bu da Qərbin insan haqlarından müdafiəisnə başqa bir baxışdır".