Mart 08, 2023 14:33 Asia/Baku
  • Əmir Abdullahianın Türkiyə səfərinin gündəmi

İranın xarici işlər naziri zəlzələdən zərər çəkmiş bölgələrə baxış keçirmək və Türkiyə rəsmiləri ilə danışıqlar aparmaq məqsədi ilə Ankaraya səfər edib.

SəhərAzəri-nin məlumatına əsasən, Hüseyn Əmir Abdullahian çərşənbə axşamı axşam saatlarında Ankara Esenboğa hava limanında bildirib ki, bu səfər Türkiyəyə həmrəyliklərini ifadə etmək və İran xalqı və hökumətinin bu ölkədə zəlzələdən zərər çəkmiş insanlara etdiyi yardımların davamı olaraq, həyata keçirilir.

Əmir Abdullahiyan bəyan edib ki, İran hökuməti və xalqı faciəvi zəlzələnin ilk saatlarından qardaş və dost Türkiyə hökuməti və xalqının yanında olub, zərər çəkmiş bölgələrə yardım qrupları göndərib.

O, İran prezidentinin adından başsağlığı vermək üçün Türkiyəyə səfər etdiyini və ölkənin cənubunda zəlzələdən zərər çəkmiş bölgələrə baş çəkməyi planlaşdırdığını bildirib.

İranın xarici işlər naziri əlavə edib: "Səfər zamanı Türkiyənin xarici işlər naziri və bu ölkənin digər rəsmiləri ilə də görüşəcək və ikitərəfli, regional və beynəlxalq əlaqələri müzakirə edəcək".

Əmir Abdullahiyan Ankarada Türkiyə Xarici İşlər Nazirliyinin rəsmiləri tərəfindən qarşılanıb.

Fevralın 6-da Türkiyə və Suriyada baş verən 7,7 bal gücündə zəlzələdə hər iki ölkədə 52 minə yaxın insan həlak olub.

Teqlər