İran xəbərdarlıq etdi:
Əmir-Abdullahiyan: İsrail Qafqaza girməməlidir - TƏHLİL
İran İslam Respublikası bütün dövlətləri işğalçı İsrail rejiminin davranışı ilə bağlı ağıllı davranmağa və İsrailin Qafqaz regionu ərazisinə daxil olmasına icazə verməməyə çağırır.
SəhərAzəri-nin məlumatına əsasən, bu sözləri İran XİN başçısı Hüseyn Əmir-Abdullahian martın 8-də Ankarada türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə keçirdiyi mətbuat konfransında deyib.
“Biz sionistlərin bölgədə mövcudluğunu regionda sülh və sabitliyə ciddi təhlükə hesab edirik. İran bütün tərəflərə xəbərdarlıq edir ki, saxta İsrail rejiminin davranışlarına qarşı həssas davransınlar və İsrailin bölgəyə ayaq basmasının qarşısını alsınlar”, - deyə iranlı nazir vurğulayıb.
Aydın məsələdir ki, İranın xarici siyasət aparatının rəhbəri bu açıqlamasında daha çox Azərbaycana hakim kəsilmiş rejimin qəsbkar İsrail ilə bazarlığına rəsmi Tehranın etirazını bildirmiş olub. İranın qənaətincə bu əlaqələr həm Azrbaycanın, həm də bölgə ölkələrinin ziyanınadır.
Xatırladaq ki, sionistlər Azərbaycanda öz xərçəngvari nüfuzlarını artırmaqla Peqasus casus proqramı vasitəsilə hətta bu ölkə vətəndaşlarınıın şəxsi həyatına belə müdaxilə etməkdən çəkinmirlər.
Onlar həmçinin başqa üsullara da əl atmağı unutmurlar. Azərbaycanı tolerant dövlət və ya strateji müttəfiq adlandırmaq sionistlərin bu müsəlman ölkəsinin etimadını maksimum dərəcədə qazanmağa yönəlmiş cəhdləri sırasındadır.
İsrail rejimi bununla yanaşı Azərbaycanda nəzarətində saxladığı medialar vasitəsilə İranı şərləməklə məşğul olur bə bəzən öz çirkin fikirlərini xalqa sırımaq üçün Azərbaycanı tərifləmək metodundan belə istifadə edirlər.
Qəribədir ki, İsrail rejimi Azərbaycanı öz tərəfinə çəkməkdən ötrü başqa məkirlərə də əl atır, sionist rejim bu xüsusda Amerikadakı erməni və yəhudi lobbi təşkilatları vasitəsilə Bayden hökumətini Qarabağ məsələsində anti-Azərbaycan mövqeyi tutmağa yönəldir ki, rəsmi Bakı təzyiqlərdən xilas olmaq üçün İsrailə pənah aparsın. Bu, sadəcə olaraq sionistlərə məxsus olan metoddur. Onların əsas məqsədləri Azərbaycanı məngənə altında saxlamaq və iqtisadi-ticarət fəaliyyətləri adı altında bu ölkə xalqına və eləcə də İran İslam Respublikasına qarşı casusluq şəbəkələrini genişləndirməkdir. Əlbəttə sionist rejimin əsas məqsədi Azərbaycan Respublikasını öz poliqonuna və plasdarmına çevirmək ki, bölgədə mümkün avantüralarnı gerçəkləşdirsin. Bu isə Tehranın diqqətindən kənarda qala bilməz.
İran xarici işlər naziri əslində bu kimi təhlükələri nəzərə alaraq, fitnəkar İsrail rejiminin Qafqaz regionuna ayaq basmasını yolverilməz hesab etmişdir.