May 10, 2023 21:01 Asia/Baku
  • Əmir Abdullahian: Moskva görüşü davamlı sülh və təhlükəsizliyin reallaşması üçün güclü mesajdır

İran İslam Respublikasının xarici işlər naziri Moskva dördtərəfli iclasında deyib ki, “ Moskva iclası davamlı sülh və təhlükəsizliyin reallaşması üçün güclü mesajdır”

SəhərAzəri-nin məlumatına görə, Məlumata görə, Moskvanın Suriya mövzusu haqda dördtərəfli sammiti bu gün (çərşənbə günü) Moskvanın ev sahibliyi ilə İran, Rusiya, Türkiyə və Suriyanın xarici işlər nazirlərinin iştirakı ilə başlayıb.

Qeyd edək ki, bu görüşdə xarici işlər nazirlərinin Suriya problemlərinin həlli ilə bağlı müzakirə və fikir mübadiləsi aparması və əsas məqsəd Türkiyə ilə Suriya arasındakı problemlərin siyasi həll yolu tapması nəzərdə tutulur.

İranın xarici işlər naziri Hüseyn Əmirabdollahian Moskvada xarici işlər nazirlərinin dördtərəfli iclasında Rusiya, Türkiyə və Suriya xarici işlər nazirlərinə müraciət deyib ki, “Suriya və Türkiyə ikitərəfli problemlərini dialoq və mehriban qonşuluğa əsaslanan əməkdaşlığın dərinləşdirilməsi yolu ilə həll etmək məqsədilə keçmişi geridə qoyub gələcəyə baxmalıdırlar”

Həçinin xarici işlər naziri çıxışında qeyd edib ki, “ Hərbi əməliyyatlar keçirməklə nəinki problemlərin həllinə kömək etmir, bəlkə əksinə, insanların qurban getməsinə və ciddi maddi itkilərə səbəb olmaqla yanaşı, mövcud mübahisələrin daha da gərginləşməsinə səbəb olur”

Cənab Əmir Abdullahian nəzərə çatdırıb ki, “ İran İslam Respublikası bu prosesi dəstəkləmək və qəbul edilmiş razılaşma və qərarların həyata keçirilməsinə kömək etmək üçün əməkdaşlıq etməyə hazır olduğunu bəyan edir və bu sahədə bütün imkanlarından istifadə edəcəyini təkid edir”

Xarici işlər naziri daha sonra deyib ki, Suriya ordusunun sərhədlərinin qurulması və təhlükəsizliyin qonşularla birgə təmin edilməsi Ankaranın və digər qonşuların təhlükəsizlik narahatlıqlarını həll edə və eləcə də, terrorçu və separatçıların fəaliyyətlərinin qarşısını almaqla iki tərəf arasında qonşuluq və strateji münasibətlərin qurulmasına zəmin yarada və həmçinin Türkiyə hərbi qüvvələrinin  birgə razılaşdırılmış vaxt cədvəlinə əsasən sərhədyanı rayonlardan çıxarılmasına həlledici addım ola bilər

Xarici işlər naziri sonda bildirib ki, “Sionist rejimin Suriya ərazisinə, xüsusən də bu ölkənin mülki ərazilərinə təcavüzünü pisləyirik və bu hücumlar dünya sülhü və regional sabitliyi pozur və beynəlxalq ictimaiyyətdən bu təcavüzkar addımlara qarşılıq verməyi xahiş edirik”

Əmir Abdullahyan həmçinin deyib ki, “ Suriya xalqı və ordusu bu təcavüzkar və insanlığa sığmayan addımlara layiqincə zamanında cavab verəcəkdir”

 

Teqlər