Əmir-Abdullahiyan Yəmən rəsmisi ilə görüşdə Tehranın mövqeyini açıqladı
https://azeri.sahartv.ir/news/İran-i407153-Əmir_abdullahiyan_yəmən_rəsmisi_ilə_görüşdə_tehranın_mövqeyini_açıqladı
“İran həmişə Yəmən xalqının iradəsini dəstəkləyir”
(last modified 2024-06-07T05:07:56+00:00 )
Yan 03, 2024 08:28 Asia/Baku
  • Əmir-Abdullahiyan Yəmən rəsmisi ilə görüşdə Tehranın mövqeyini açıqladı

“İran həmişə Yəmən xalqının iradəsini dəstəkləyir”

İranın xarici işlər naziri Hüseyn Əmir-Abdullahiyan, Yəmən Ənsarullah Hərəkatının sözçüsü Məhəmməd Əbdülsəlam ilə görüşündə İranın hər zaman Yəmən xalqının iradəsini dəstəklədiyini bildirib.

 

Bu görüşdə Əmir-Abdullahiyan İran İslam Respublikasının Yəməndə sülhə dəstək verdiyini elan edərək, Yəmən və Səudiyyə Ərəbistanı arasında danışıqların gedişatından məmnunluğunu ifadə edib.

İranın xarici işlər naziri Ənsarullahın məzlum Fələstin xalqını dəstəkləməkdə güclü və möhkəm mövqeyini yüksək qiymətləndirib və bununla bağlı minnətdarlığını bildirib.

Görüşdə Yəmən Milli Qurtuluş Hökumətinin danışıqlar qrupunun rəhbəri olan Əbdülsəlam da İranın müqavimət cəbhəsinə davamlı siyasi dəstəyini yüksək qiymətləndirib.