İran prezident seçki bülletenləri bütün ölkə üzrə paylanılıb
https://azeri.sahartv.ir/news/İran-i411918-İran_prezident_seçki_bülletenləri_bütün_ölkə_üzrə_paylanılıb
İran Daxili işlər naziri Əhməd Vəhidi bildirib ki, ölkənin müxtəlif bölgələrinə prezident seçki bülletenlərinin göndərilməsinə başlanılıb.
(last modified 2024-06-12T12:50:31+00:00 )
İyun 12, 2024 16:48 Asia/Baku
  • İran prezident seçki bülletenləri bütün ölkə üzrə paylanılıb

İran Daxili işlər naziri Əhməd Vəhidi bildirib ki, ölkənin müxtəlif bölgələrinə prezident seçki bülletenlərinin göndərilməsinə başlanılıb.

İran Daxili İşlər Naziri qarşıdan gələn prezident seçkiləri ilə bağlı açılamasında qeyd edib ki, ölkə üzrə 60 min seçki şöbəsi və 90 min seçki məntəqəsi fəaliyyət göstərəcək.

"Bu seçki məntəqələri ilə yanaşı ölkədən kənarda diplomatik əlaqələr çərçivəsində müqəddəs ziyarətgahlarda, eləcə də Məkkə, Mədinə və Ciddədə də seçki qutuları qoyulacaq"-Əhməd Vəhidi bildirib

O daha sonra əlavə edib ki, prezident seçkilərinin bülletenləri hazırlanıb və müvafiq yerlərə göndərilir. Milli kimliyi təyin edən cihazlara baxış keçirilmiş və tam hazır vəzəyyətə gətirilib.